Marsol Group partnyorları arasında işgüzar əlaqələrin möhkəmləndirilməsi və yeni əməkdaşlıq imkanlarının dəyərləndirilməsi məqsədilə təşkil olunan ofis ziyarətləri davam edir.
18 noyabr tarixində keçirilən növbəti görüşdə Marsol Group partnyorları “Moon Flowers” gül salonunda bir araya gəliblər. Görüş zamanı iştirakçılar tanışlıq və fikir mübadiləsi apararaq şirkətlərin fəaliyyət istiqamətləri, xidmətləri və potensial əməkdaşlıq imkanları barədə söhbət ediblər.
Görüşdə Meslehetci-ni şirkətin baş direktoru Abbas Orucəliyev təmsil edib.
“Moon Flowers”in rəhbəri Şərifi Qasım qonaqlara gül salonunun fəaliyyəti haqqında ətraflı məlumat verib.
Proqram çərçivəsində iştirakçılar, həmçinin “Parket Home” şirkətinin şourumunu ziyarət ediblər. Şirkətin rəhbəri Tahir Çələbiyev qonaqları fəaliyyət istiqamətləri və təqdim olunan məhsullarla tanış edib.
Meslehetci olaraq bu cür görüşləri sahibkarlar arasında əlaqələrin genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsi və yeni biznes əməkdaşlıqlarının formalaşması baxımından əhəmiyyətli hesab edirik.
















