Vergi
Sadələşdirilmiş vergi, yoxsa ƏDV: hansı rejim sərfəlidir?
Seçim dövriyyədən, fəaliyyət növündən və müştərilərinizin vergi ödəyicisi olub-olmamasından asılıdır. Dövriyyə ardıcıl 12 ayda 200 000 manatı keçəndə ƏDV qeydiyyatı məcburidir. Rəqəmlərinizə baxıb hansı rejimin sərfəli olduğunu yazılı bildiririk.
Bəyannaməni gecikdirsəm nə olur?
Gecikmiş bəyannaməyə görə maliyyə sanksiyası tətbiq olunur, vaxtında ödənilməmiş vergiyə isə faiz hesablanır. Biz bəyannamələri son tarixdən əvvəl hazırlayıb təqdim edirik, gecikmə cəriməsi riski aradan qaldırılır.
Vergi yoxlaması başlayıbsa nə etməliyəm?
Sənədləri təqdim etməzdən əvvəl bizə müraciət edin. Yoxlamaya hazırlığı, vergi orqanı ilə yazışmanı aparır, yoxlama aktını təhlil edir və əsassız hesablamalara şikayət məktubu hazırlanır.
Vergi borcunu hissə-hissə ödəmək olarmı?
Fors-major hallarda verginin yanaşmasına əsasən mümkündür.
Xarici tərəfdaşla işləyirəm, ikiqat vergi ödəməli olacağammı?
Azərbaycanın ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişi olan ölkələrlə əməliyyatlarda vergi bir dəfə ödənilə bilər. Saziş şərtlərinə uyğun sənədləri hazırlayır, əməliyyatın vergi yükünü qabaqcadan hesablayırıq. Təkrar eyni vergi məbləğinin ödənilməsinin qarşısını alırıq.
Başqa sualınız var? Bizə yazın