Əmtəə nişanı axtarışı

Brend adını Azərbaycanda qeydiyyata alınmış əmtəə nişanları arasında axtarın. Hər nəticə nişanın rəsmi reyestrdəki səhifəsini açır.

Söz nişanın adının istənilən yerində axtarılır, böyük-kiçik hərf fərq etmir. Nişanlar reyestrdə qeydiyyatdakı yazılışı ilə göstərilir.

Necə yoxlamalı

  1. Adı yazınBrendin əsas sözünü yazın - bir neçə variantını ayrıca yoxlayın (məsələn, latın və azərbaycan hərfləri ilə).
  2. Nəticəni açınUyğun nişanın adına basın: rəsmi reyestrdə sahibi, sinifləri və qüvvədə olma müddəti görünür.
  3. Ərizə verinAd boşdursa, ərizəni Əqli Mülkiyyət Agentliyinin PƏNAH sistemində elektron verə bilərsiniz. panah.copat.gov.az

Mənbə: Əqli Mülkiyyət Agentliyinin sənaye mülkiyyəti obyektlərinin reyestri, nəticə yenilənib: -. Rəsmi məlumat reyestrdədir. reyestr.copat.az

Brendinizi qorumaq istəyirsiniz? Müraciət edin

Əmtəə nişanının qeydiyyatı, sinif seçimi və sənədlər barədə sualınızı yazın - mütəxəssisimiz sizinlə əlaqə saxlayacaq.

Tez-tez verilən suallar

Axtarışda tapılmadısa, ad azaddırmı?

Mütləq deyil. Burada yalnız qeydiyyata alınmış nişanların adında hərfi uyğunluq axtarılır. Oxşar səslənən, təsviri (loqo) nişanlar, baxılmaqda olan ərizələr və beynəlxalq qeydiyyatlar ayrıca yoxlanılmalıdır. Qərar verməzdən əvvəl Əqli Mülkiyyət Agentliyinə və ya patent müvəkkilinə müraciət edin.

Nişanın sahibini və qüvvədə olma müddətini harada görmək olar?

Nəticədə nişanın adına basın - rəsmi reyestrdə nişanın səhifəsi açılır: sahibi, mal və xidmətlərin sinifləri (Nitsa təsnifatı), qeydiyyat və qüvvədən düşmə tarixləri, nişanın təsviri.

Əmtəə nişanını necə qeydiyyatdan keçirmək olar?

Ərizə Əqli Mülkiyyət Agentliyinin PƏNAH elektron sistemi ilə verilir. Əvvəlcə adı reyestrdə yoxlayın, sonra nişanın qoruyacağı mal və xidmət siniflərini seçin.