Avtomobil gömrük kalkulyatoru
Minik avtomobili və avtobus idxalında gömrük ödənişləri: idxal rüsumu, ƏDV, aksiz, yığımlar və cəmi. Hesablamanı Gömrük Komitəsinin açıq servisi aparır.
Məlumat Dövlət Gömrük Komitəsinin açıq məlumatlarındandır (e.customs.gov.az), rəsmi hesablama deyil.
Gömrük məsləhəti lazımdır? Müraciət edin
İdxal, ixrac, mal kodunun seçimi və gömrük ödənişləri barədə sualınızı yazın - mütəxəssisimiz sizinlə əlaqə saxlayacaq.
Tez-tez verilən suallar
Hesablama nəyə əsaslanır?
Məlumatlar Dövlət Gömrük Komitəsinin açıq kalkulyator servisinə göndərilir: avtomobilin növü, mühərrik növü və həcmi, buraxılış tarixi və qiyməti (ABŞ dolları). Ödənişlərin siyahısı və cəmi Komitənin cavabından olduğu kimi göstərilir; dollar manata Mərkəzi Bankın məzənnəsi ilə çevrilir.
“Azad Ticarət Sazişi” seçimi nə deməkdir?
Avtomobilin mənşə ölkəsi (istehsal olunduğu ölkə) və idxal olunduğu ölkə Azad Ticarət Sazişinə daxil olan ölkələrdirsə, idxal gömrük rüsumu hesablanmır. Digər bütün hallarda bu seçimi söndürülmüş saxlayın.
Nəticə rəsmi məbləğdirmi?
Xeyr, nəticə məlumat xarakteri daşıyır. Rəsmi məbləğ bəyannamə rəsmiləşdiriləndə gömrük orqanı tərəfindən müəyyən edilir.