Bağlama limiti

Xaricdən poçt və ya kuryerlə gələn bağlamalar üçün aylıq 300 ABŞ dolları limiti. Bağlamaların dəyərini və gəldiyi tarixi yazın - limitə qalan və aşan məbləğ dərhal görünür.

Dəyər - bağlamanın ABŞ dolları ilə bəyan olunan dəyəri. Tarix - bağlamanın Azərbaycana gəldiyi gün; limit təqvim ayı üzrə hesablanır.

Qayda: Nazirlər Kabinetinin 14.10.2013 tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalar, 2.1.4, 2.2 və 3.11-ci bəndlər (son redaksiya). Rəsmi hesablama deyil. e-qanun.az

Gömrük məsləhəti lazımdır? Müraciət edin

İdxal, ixrac, mal kodunun seçimi və gömrük ödənişləri barədə sualınızı yazın - mütəxəssisimiz sizinlə əlaqə saxlayacaq.

Tez-tez verilən suallar

Bağlama limiti nədir?

Beynəlxalq poçt və ya kuryer şirkəti ilə eyni fiziki şəxsin adına bir təqvim ayı ərzində gələn malların ümumi dəyəri 300 ABŞ dollarından çox deyilsə, gömrük ödənişi alınmır (Nazirlər Kabinetinin 305 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalar, 2.1.4).

Limit aşılsa nə olur?

Gömrük ödənişləri yalnız aşan hissəyə - ümumi dəyərdən 300 dollar çıxılmaqla - malın koduna uyğun dərəcə ilə hesablanır. Alan şəxs sadələşdirilmiş elektron bəyannamə verir, ödəniş rəsmiləşdirmə gününün Mərkəzi Bank məzənnəsi ilə manatla aparılır.

Limit 30 gün üçündür, yoxsa təqvim ayı?

Təqvim ayı üçündür: ayın 1-dən sonuna qədər gələn bağlamalar toplanır, yeni ayda hesab sıfırdan başlayır. Aksizli mallar və avtonəqliyyat vasitələri bu güzəştə daxil deyil.