IBAN yoxlayıcı
Azərbaycan IBAN-ının düzgünlüyünü yoxlayın: uzunluq, yoxlama rəqəmləri, bank kodu və hesab nömrəsi. BIC (SWIFT) kodunu yazsanız, IBAN ilə uyğunluğu da yoxlanılır.
Azərbaycan IBAN-ının quruluşu
IBAN beynəlxalq hesab nömrəsidir: ölkə kodu, yoxlama rəqəmləri, bank kodu və bankdakı hesab nömrəsi bir sətirdə birləşir.
- AZÖlkə kodu1-2-ci simvol
- 48Yoxlama rəqəmləri (mod-97)3-4-cü simvol
- CTREBankın kodu5-8-ci simvol
- 0000 0000 0000 0001 4001Hesab nömrəsi9-28-ci simvol
Yoxlama ISO 13616 (IBAN) standartının mod-97 alqoritmi ilə brauzerinizdə aparılır, məlumat heç yerə göndərilmir.
Mühasibat və ödəniş sualınız var? Müraciət edin
Ödəniş tapşırığı, bank rekvizitləri və hesablaşmalar barədə sualınızı yazın - mütəxəssisimiz sizinlə əlaqə saxlayacaq.
Tez-tez verilən suallar
Azərbaycan IBAN-ı neçə simvoldan ibarətdir?
28 simvoldan: AZ ölkə kodu, 2 yoxlama rəqəmi, bankın 4 hərfli kodu və 20 simvollu hesab nömrəsi. Məsələn, AZ48 CTRE 0000 0000 0000 0001 4001.
Yoxlama düzgündürsə, hesab mütləq mövcuddur?
Xeyr. Mod-97 yoxlaması yalnız IBAN-ın yazılışında səhv olmadığını göstərir: təsadüfi səhvlərin, demək olar, hamısını tutur. Hesabın açıq olub-olmadığını və kimə aid olduğunu yalnız bank təsdiq edə bilər.
BIC (SWIFT) kodu IBAN ilə necə uyğun gəlməlidir?
BIC-in 5-6-cı hərfləri ölkə kodudur və IBAN-ın ilk iki hərfi ilə eyni olmalıdır (Azərbaycan üçün AZ). BIC-in ilk 4 hərfi adətən IBAN-dakı bank kodu ilə eynidir.