Maaş kalkulyatoru
Ümumi məbləğdən xalisə və xalisdən ümumiyə: gəlir vergisi, DSMF, işsizlikdən və icbari tibbi sığorta, işəgötürənin cəmi xərci. 2026-cı il dərəcələri, özəl və dövlət sektoru.
Hesablama qaydası və qanun maddələri
2026-cı il üçün qüvvədə olan dərəcələr. Faiz məbləğin göstərilən hissəsinə tətbiq olunur.
Gəlir vergisi VM 101, 102
| Vergiyə cəlb olunan aylıq gəlir | Özəl sektor | Dövlət və neft-qaz |
|---|---|---|
| 2 500 ₼-dək | 3% | 14% |
| 2 500 - 8 000 ₼ | 75 ₼ + 2 500 ₼-dan artıq hissənin 10%-i | 350 ₼ + 2 500 ₼-dan artıq hissənin 25%-i |
| 8 000 ₼-dan çox | 625 ₼ + 8 000 ₼-dan artıq hissənin 14%-i |
Vergi Məcəlləsi: 101.1 (dövlət və neft-qaz sektoru), 101.1-1.1 (özəl, qeyri-neft sektoru, 2026-cı il). Əsas iş yerində aylıq gəlir 2 500 ₼-dək olduqda 200 ₼ vergidən azaddır (102.1.6). Güzəştlər: 800 ₼ (102.1-1), 400 ₼ (102.2), 200 ₼ (102.3), 100 ₼ (102.4) - bunlardan yalnız ən böyüyü (102.7), üstəgəl 50 ₼ (102.5); güzəştlər yalnız əsas iş yerində (102.8). e-qanun.az
Məcburi dövlət sosial sığorta (DSMF) 14.3, 14.4
| Aylıq əməkhaqqı | Özəl: işçi | Özəl: işəgötürən |
|---|---|---|
| 200 ₼-dək | 3% | 22% |
| 200 - 8 000 ₼ | 6 ₼ + 200 ₼-dan artıq hissənin 10%-i | 44 ₼ + 200 ₼-dan artıq hissənin 15%-i |
| 8 000 ₼-dan çox | 786 ₼ + 8 000 ₼-dan artıq hissənin 10%-i | 1 214 ₼ + 8 000 ₼-dan artıq hissənin 11%-i |
“Sosial sığorta haqqında” Qanun: 14.4 (özəl, qeyri-neft sektoru - yuxarıdakı cədvəl), 14.3 (dövlət və neft-qaz sektoru: işçidən 3%, işəgötürəndən 22%). e-qanun.az
İşsizlikdən sığorta 9.0.1, 9.0.2
İşçidən əməkhaqqının 0,5%-i, işəgötürəndən hesablanmış əmək haqqı fondunun 0,5%-i - hər iki sektorda eynidir (“İşsizlikdən sığorta haqqında” Qanun, 9.0.1-9.0.2). e-qanun.az
İcbari tibbi sığorta (İTS) 15-10.1.2
| Sektor | İşçi və işəgötürən - hər biri |
|---|---|
| Özəl sektor | 2 500 ₼-dək hissədən 2%, artıq hissədən 0,5% |
| Dövlət və neft-qaz | 8 000 ₼-dək hissədən 2%, artıq hissədən 0,5% |
“Tibbi sığorta haqqında” Qanun: 15-10.1.2-1 (özəl, qeyri-neft sektoru), 15-10.1.2 (dövlət və neft-qaz sektoru). e-qanun.az
Dərəcələr Vergi Məcəlləsindən və sosial, işsizlik, tibbi sığorta qanunlarından götürülüb (2026), nəticə Dövlət Vergi Xidmətinin kalkulyatoru ilə tutuşdurulub. Rəsmi hesablama deyil. taxes.gov.az
Əmək haqqı uçotu lazımdır? Müraciət edin
Maaş hesablanması, DSMF və vergi bəyannamələri barədə sualınızı yazın - mütəxəssisimiz sizinlə əlaqə saxlayacaq.
Tez-tez verilən suallar
Özəl və dövlət sektoru arasında nə fərq var?
Neft-qaz sahəsində fəaliyyəti olmayan özəl sektorda gəlir vergisi 2026-cı ildə 2 500 manatadək 3 faizdir, DSMF haqqı isə pilləlidir. Dövlət və neft-qaz sektorunda gəlir vergisi 14 faiz (2 500 manatdan çox hissəyə 25 faiz), DSMF işçidən 3, işəgötürəndən 22 faizdir.
200 manat güzəşt kimə tətbiq olunur?
Əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) aylıq gəliri 2 500 manatadək olan işçinin gəlirinin 200 manatı vergidən azaddır (Vergi Məcəlləsi, 102.1.6). İkinci iş yerində və 2 500 manatdan çox maaşda bu azadolma tətbiq edilmir.
Nəticə rəsmi hesablamadırmı?
Xeyr, nəticə məlumat xarakteri daşıyır. Dərəcələr Vergi Məcəlləsindən və sığorta qanunlarından götürülüb, nümunələr Dövlət Vergi Xidmətinin kalkulyatoru ilə tutuşdurulub. Həmkarlar təşkilatına üzvlük haqqı nəzərə alınmır.