Mal gömrük kalkulyatoru
Malın XİF MN kodunu və invoys dəyərini yazın - idxal rüsumu, ƏDV, gömrük yığımları və cəmi. Hesablamanı Gömrük Komitəsinin açıq servisi aparır.
Məlumat Dövlət Gömrük Komitəsinin açıq məlumatlarındandır (e.customs.gov.az), rəsmi hesablama deyil.
Gömrük məsləhəti lazımdır? Müraciət edin
İdxal, ixrac, mal kodunun seçimi və gömrük ödənişləri barədə sualınızı yazın - mütəxəssisimiz sizinlə əlaqə saxlayacaq.
Tez-tez verilən suallar
Gömrük dəyəri necə hesablanır?
Kalkulyator invoys dəyərini, nəqliyyat və digər xərcləri (ABŞ dolları ilə) Gömrük Komitəsinin açıq servisinə göndərir. Gömrük dəyəri və ödənişlərin hər biri Komitənin cavabından olduğu kimi göstərilir; dollar manata Mərkəzi Bankın məzənnəsi ilə çevrilir.
Niyə bəzi mallarda miqdar soruşulur?
Bəzi malların rüsumu miqdardan (litr, kiloqram və s.) asılıdır. Kod yoxlananda Komitənin servisi hansı əlavə məlumatın lazım olduğunu bildirir və kalkulyator həmin xananı özü göstərir.
Malın kodunu bilmirəmsə nə edim?
“Gömrük kodu axtarışı” alətində malın təsvirini yazın, uyğun kodu seçin və “Rüsumu hesabla” düyməsinə basın - kod bu kalkulyatora özü keçir.