Məxfilik siyasəti

Şərtlər

Meslehetci.az olaraq istifadəçilərimizin şəxsi məlumatlarının məxfiliyinə hörmət edirik. Bu sənəd hansı məlumatların toplandığını və necə istifadə olunduğunu izah edir:

Topladığımız məlumatlar

Saytımızda əlaqə məqsədilə könüllü olaraq təqdim etdiyiniz məlumatlar (ad, e-poçt ünvanı, telefon nömrəsi) toplanır. Bundan başqa, saytın işini yaxşılaşdırmaq üçün texniki məlumatlar (brauzer növü, ziyarət tarixi) qeydə alına bilər.

Məlumatların istifadəsi

Toplanan məlumatlar yalnız aşağıdakı məqsədlərlə istifadə olunur:

  • Müraciətinizə cavab vermək və xidmət göstərmək
  • Xidmətlərimizin keyfiyyətini yaxşılaşdırmaq
  • Qanunvericiliyin tələb etdiyi hallarda uçot aparmaq

Analitika və seans yazısı

Saytın hansı bölmələrinin işlədildiyini anlamaq üçün analitika alətlərindən istifadə edirik: Google Analytics (ümumi ziyarət statistikası) və Microsoft Clarity (səhifədə hərəkət, klik və sürüşdürmənin anonim yazısı, istilik xəritələri).

Clarity seansı yazarkən formalara daxil etdiyiniz mətn - ad, e-poçt, telefon və digər şəxsi məlumat - maskalanır və bizə göndərilmir. Yazılar yalnız saytın rahatlığını yaxşılaşdırmaq üçün işlədilir, reklam üçün deyil və üçüncü tərəfə verilmir.

Google Analytics şəhər səviyyəsində təxmini yeri (IP ünvanına görə) və cihaz məlumatını (növ, marka, model, əməliyyat sistemi, brauzer, ekran ölçüsü) göstərir. Google hesabına daxil olmuş və reklam fərdiləşdirməsinə razılıq vermiş ziyarətçilər üçün Google «Google siqnalları» ilə yaş, cins və maraqlar üzrə ümumiləşdirilmiş statistika verir - bu məlumat bizə fərdi şəkildə yox, yalnız ümumi hesabat kimi görünür.

TenderŞünasa daxil olmuş istifadəçi üçün Google Analytics-ə adınız və ya e-poçtunuz yox, onlardan bərpa edilə bilməyən təsadüfi identifikator (User-ID) göndərilir: eyni adamın telefonda və kompüterdəki ziyarətləri bir nəfər kimi sayılır.

TenderŞünasda qeydiyyat zamanı bu məxfilik siyasətini qəbul etdikdə («Razıyam») e-poçtunuzun və mobil nömrənizin geri çevrilməyən heşi (SHA-256) də Google Analytics-ə göndərilir («İstifadəçinin verdiyi məlumat»): açıq e-poçt və ya nömrə göndərilmir. Razılığı geri götürmək üçün otaqdakı «Təklif və iradlar» bölməsindən bizə yazın.

Reklam fərdiləşdirməsini Google-un Reklam Ayarlarında (adssettings.google.com), Google Analytics-i isə Google-un brauzer əlavəsi ilə (tools.google.com/dlpage/gaoptout) söndürə bilərsiniz.

Məlumatların ötürülməsi

Şəxsi məlumatlarınız üçüncü tərəflərə satılmır və ötürülmür. İstisna yalnız Azərbaycan Respublikasının qanunvericiliyinin tələb etdiyi hallardır.

İstisna: TenderŞünas istifadəçilərinin e-poçtunun və mobil nömrəsinin geri çevrilməyən heşi Google Analytics-ə ötürülür (bax «Analitika və seans yazısı» və «TenderŞünas»).

Google hesabı ilə giriş

Portalımıza («Meslehetci Portal») Google hesabı ilə daxil olmaq mümkündür. Bu zaman Google bizə yalnız adınızı, e-poçt ünvanınızı və profil şəklinizi ötürür. Şifrənizi görmürük və saxlamırıq.

Əməkdaşın açıq razılığı ilə Google Təqvimə giriş də istənilə bilər - bu, yalnız iş görüşlərini portalla sinxronlaşdırmaq üçündür.

Google-dan alınan məlumat yalnız portala giriş və təqvim sinxronizasiyası üçün işlədilir; reklam məqsədilə istifadə edilmir, satılmır və üçüncü tərəflərə ötürülmür.

Razılığı istənilən vaxt Google hesabınızın təhlükəsizlik ayarlarından geri götürə bilərsiniz. Hesabınız silindikdə Google-dan alınmış məlumat da silinir.

TenderŞünas

  • Nə toplanır: qeydiyyat üçün yalnız e-poçt ünvanı və şifrə. Ad, soyad və mobil nömrə istəyə bağlıdır - otaqdakı Profil bölməsindən yazılır. Bundan başqa yazdığınız açar sözlər, onlara uyğun tapılan tenderlər, qeydiyyat anındakı IP ünvanı və razılıq tarixi saxlanılır.
  • Nə üçün: açar sözlərinizə uyğun yeni dövlət tenderləri barədə sizə saytda və (istəsəniz) e-poçtla xəbər vermək. E-poçt bildirişləri standart olaraq sönülüdür, otaqda istənilən vaxt açılır.
  • Giriş e-poçt və şifrə ilədir: şifrə e-poçtunuza göndərilən 6 rəqəmli koddur (unudulanda yenisi göndərilir). Şifrə açıq mətn kimi saxlanılmır - yalnız geri çevrilməyən heşi saxlanılır. Kodlar və onları istəyən IP ünvanları 7 gündən, səhv giriş cəhdləri (e-poçt və IP ünvanı) 1 gündən sonra silinir. Girişiniz brauzerinizdə saxlanılan açarla tanınır; «Çıxış» onu silir.
  • Tenderlər dövlət satınalmalarının vahid internet portalından (etender.gov.az) - açıq mənbədən götürülür.
  • Otaqdakı «Hesabı sil» düyməsi hesabınızı, açar sözlərinizi və tapılan tenderləri birdəfəlik silir.
  • Otaqdakı «Təklif və iradlar» bölməsinə yazdığınız mesajlar və cavablarımız hesabınızda saxlanılır; mesajınız bizə e-poçtla da çatdırılır. Hesab silinəndə yazışma da silinir.

Məlumat satılmır. Qeydiyyatda bu məxfilik siyasətini qəbul etdikdə e-poçtunuzun və mobil nömrənizin geri çevrilməyən heşi (SHA-256) Google Analytics-ə ötürülür - saytın ölçülməsi və Google reklam auditoriyası üçün; razılığı geri götürmək üçün otaqdakı «Təklif və iradlar» bölməsindən bizə yazın. Başqa üçüncü tərəfə ötürülmür.

Saxlanma müddəti

Məlumat yalnız əməkdaşlıq və qanunvericiliyin tələb etdiyi müddət ərzində saxlanılır; müddət bitdikdə silinir.

Təhlükəsizlik

Məlumatlarınızın qorunması üçün texniki və təşkilati tədbirlər görülür. Saytımız şifrələnmiş bağlantı (HTTPS) üzərindən işləyir.

Əlaqə

Məxfilik siyasəti ilə bağlı sualınız varsa, bizimlə əlaqə saxlayın.