Aprelin 23-də İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) təşkilatçılığı, “Esen Tekstil” MMC-nin təşəbbüsü və sponsorluğu ilə “Tekstil sektoru”na həsr olunmuş sektorial görüş təşkil olunub. Tədbirin əsas məqsədi tekstil sahəsində fəaliyyət göstərən qurumlarla dövlət-özəl tərəfdaşlığını gücləndirmək, həmçinin sahədə mövcud aktual məsələlərin müzakirəsi olub.
Görüşdə tekstil sahəsində fəaliyyət göstərən 100-ə yaxın sahibkar və dövlət qurumlarının nümayəndələri iştirak ediblər.















