Sahibkarlarla İftar Süfrəsi

Sahibkarlarla İftar Süfrəsi

Hər il Ramazan ayında ənənəvi olaraq təşkil olunan “Sahibkarlarla iftar süfrəsi” bu il də sahibkarları və dövlət qurumlarının nümayəndələrini bir araya gətirib.

Martın 10-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Marsol Group və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) birgə təşkilatçılığı ilə “Buta Palace”da keçirilən tədbirdə dövlət qurumlarının nümayəndələri, biznes assosiasiyaları və müxtəlif sahələri təmsil edən Marsol Group partnyorları ilə yanaşı 600-dən çox sahibkar iştirak edib.

Tədbirdə çıxış edən İCMA-nın İdarə Heyətinin sədri və Marsol Group-un təsisçisi Tural Mustafayev bildirib ki, “Sahibkarlarla iftar süfrəsi” artıq 5-ci dəfə təşkil olunur. Onun sözlərinə görə, bu təşəbbüs sahibkarlar arasında ünsiyyətin gücləndirilməsi, əməkdaşlıq imkanlarının genişləndirilməsi və biznes ictimaiyyətinin bir araya gəlməsi baxımından mühüm platformaya çevrilib.

Tural Mustafayev həmçinin Marsol Group tərəfindən biznes əlaqələrinin inkişafı istiqamətində həyata keçirilən layihələr barədə məlumat verərək, qarşıdakı dövrdə reallaşdırılacaq təşəbbüslərin sahibkarlar üçün yeni imkanlar yaradacağını vurğulayıb.

Tədbirin davamında Marsol Group-un fəaliyyəti və həyata keçirdiyi layihələrə həsr olunan videolar nümayiş etdirilib. Eyni zamanda 17–20 iyun tarixlərində keçiriləcək 7-ci “Yerli şirkətlərin tanıtım sərgisi”nin anons videosu təqdim olunub.

Tədbir çərçivəsində “Sahibkarlarla iftar süfrəsi”nin təşkilinə göstərdikləri dəstəyə görə “Veysəloğlu Şirkətlər Qrupu” və “Abşeron Ticarət Mərkəzi” xüsusi plaketlərlə təltif ediliblər.

Səmimi və işgüzar mühitdə keçən görüş iştirakçılar arasında yeni əməkdaşlıq imkanlarının yaranmasına və netvörkinq əlaqələrinin genişlənməsinə şərait yaradıb. Eyni zamanda sahibkarlar dövlət qurumlarının nümayəndələri ilə birbaşa ünsiyyət quraraq fikir mübadiləsi aparmaq imkanı əldə ediblər.

Sahibkarlarla İftar Süfrəsi

← Bütün xəbərlər

Oxşar xəbərlər

4 Sentyabr 2026 Tədbirlər “Meslehetci” şirkəti Marsol Group partnyorları ilə, “LaLiga Dining & Lounge Center” restoranının yeni filialının açılış mərasimində iştirak edib. Ətraflı … Sentyabrın 4-də “Meslehetci” şirkəti Marsol Group partnyorları ilə, “LaLiga Dining & Lounge Center” restoranının yeni filialının açılış mərasimində iştirak edib. Tədbir işgüzar və səmimi atmosferdə baş tutub. “Meslehetci” şirkəti Marsol Group partnyorları ilə, “LaLiga Dining & Lounge Center” restoranının yeni filialının açılış mərasimində iştirak edib. 23 İyun 2026 Tədbirlər 7-ci “Yerli Şirkətlərin Tanıtım Sərgisi”nin yekununa həsr olunmuş axşam ziyafəti keçirilib. Ətraflı … 23 iyun tarixində 7-ci “Yerli Şirkətlərin Tanıtım Sərgisi”nin yekununa həsr olunmuş axşam ziyafəti keçirilib. Tədbirdə dövlət və özəl sektor nümayəndələri, sahibkarlar, tərəfdaş qurumlar və sərgi iştirakçıları bir araya gəliblər. Meslehetci şirkəti olaraq biz də bu mötəbər axşamda iştirak etdik. Gecə ərzində sərginin t… 7-ci “Yerli Şirkətlərin Tanıtım Sərgisi”nin yekununa həsr olunmuş axşam ziyafəti keçirilib. 3 İyun 2026 Tədbirlər İCMA və UNEC arasında əməkdaşlıq memorandumu imzalanıb. Ətraflı … 3 iyun tarixində İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) üzvü olan 30-a yaxın sahibkarın iştirakı ilə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) universitet-biznes əməkdaşlığı çərçivəsində görüş keçirilib. Tədbir çərçivəsində iştirakçılar ilk olaraq universitetdə ekskursiyada iştirak edərək UNEC-in… İCMA və UNEC arasında əməkdaşlıq memorandumu imzalanıb. 10 May 2026 Tədbirlər Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) üzvləri, Marsol Group partnyorları və əməkdaşları Fəxri xiyabanı ziyarət edib. Ətraflı … Mayın 10-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) üzvləri, Marsol Group partnyorları və əməkdaşları Fəxri xiyabanı ziyarət edib. Azərbaycan xalqının Ümummilli Liderinin məzarı önünə gül dəstələri qoyularaq, xatirəsi dərin hör… Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) üzvləri, Marsol Group partnyorları və əməkdaşları Fəxri xiyabanı ziyarət edib. 9 May 2026 Tədbirlər Meslehetci.az-ın tərəfdaşlığı ilə Beynəlxalq Dermatologiya və Kosmetologiya Konqresi keçirilib Ətraflı … 9 may tarixində İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının, Meslehetci.az -ın tərəfdaşlığı və Baku Derma şirkətinin təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində Beynəlxalq Dermatoloji və Kosmetoloji Konqres keçirilib. Konqres çərçivəsində dermatologiya və kosmetologiya sahəsində ən son yeniliklər, müasir yanaşmalar … Meslehetci.az-ın tərəfdaşlığı ilə Beynəlxalq Dermatologiya və Kosmetologiya Konqresi keçirilib