Ənənəvi “İşgüzar Səhər Yeməyi”ndə Meslehetci-nin təsisçisi Abbas Orucəliyev sahibkarlarla bir araya gəlib.
Görüş çərçivəsində Abbas Orucəliyev “Mühasibatlığı bilmədən nəzarət etməyin sadə yolları” mövzusunda çıxış edərək biznes sahiblərinin maliyyə və mühasibatlıq proseslərinə nəzarəti ilə bağlı öz təcrübəsini bölüşüb.
Tədbirdə 40-a yaxın Marsol Group partnyoru, o cümlədən xanım sahibkarlar iştirak edib. İştirakçılar fəaliyyət istiqamətləri barədə məlumat mübadiləsi aparıb, yeni tanışlıqlar qurub və əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Meslehetci olaraq sahibkarların bilik və bacarıqlarının inkişafına, biznes proseslərinin daha səmərəli idarə edilməsinə töhfə verən belə görüşlərdə iştirak etməyi dəyərli hesab edirik.

























