27 sentyabr - Anım Gününə həsr olunmuş “Bir damla qan, min ümidə can” devizi ilə keçirilən könüllü qanvermə aksiyasına Meslehetci komandası olaraq bu il də qoşulduq.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) birgə təşkilatçılığı, Marsol Group, Məlhəm Beynəlxalq Hospital, Milli Hematologiya və Transfuziologiya Mərkəzi və Respublika Qan Bankının tərəfdaşlığı ilə keçirilən aksiyada sahibkarlar və şirkət əməkdaşları olmaqla 800-dən çox şəxs iştirak edib.
Meslehetci olaraq hər il olduğu kimi bu il də sosial məsuliyyət daşıyan belə təşəbbüslərə dəstək verməyi vacib hesab edirik. Bir insanın verdiyi bir damla qan başqa bir insan üçün ümidə çevrilə bilər.
Aksiyanın təşkilində əməyi olan bütün qurumlara, sahibkarlara, şirkət əməkdaşlarına və könüllülərə təşəkkür edirik.
Bir damla qan, min ümidə can!











