Meslehetci
Portal
Xəbər

Meslehetci nümayəndəsi Marsol Group partnyorlarının ofis ziyarətində iştirak edib

25 Noyabr 2026Görüşlər

Meslehetci nümayəndəsi Marsol Group partnyorlarının ofis ziyarətində iştirak edib

Marsol Group partnyorları arasında işgüzar əlaqələrin möhkəmləndirilməsi və yeni əməkdaşlıq imkanlarının dəyərləndirilməsi məqsədilə təşkil olunan ofis ziyarətləri davam edir.

18 noyabr tarixində keçirilən növbəti görüşdə Marsol Group partnyorları “Moon Flowers” gül salonunda bir araya gəliblər. Görüş zamanı iştirakçılar tanışlıq və fikir mübadiləsi apararaq şirkətlərin fəaliyyət istiqamətləri, xidmətləri və potensial əməkdaşlıq imkanları barədə söhbət ediblər.

Görüşdə Meslehetci-ni şirkətin baş direktoru Abbas Orucəliyev təmsil edib.

“Moon Flowers”in rəhbəri Şərifi Qasım qonaqlara gül salonunun fəaliyyəti haqqında ətraflı məlumat verib.

Proqram çərçivəsində iştirakçılar, həmçinin “Parket Home” şirkətinin şourumunu ziyarət ediblər. Şirkətin rəhbəri Tahir Çələbiyev qonaqları fəaliyyət istiqamətləri və təqdim olunan məhsullarla tanış edib.

Meslehetci olaraq bu cür görüşləri sahibkarlar arasında əlaqələrin genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsi və yeni biznes əməkdaşlıqlarının formalaşması baxımından əhəmiyyətli hesab edirik.

Meslehetci nümayəndəsi Marsol Group partnyorlarının ofis ziyarətində iştirak edib“Moon Flowers” gül salonunda Marsol Group partnyorları“Moon Flowers” gül salonunda işgüzar görüş“Moon Flowers” görüşündə Marsol Group partnyorları“Moon Flowers” gül salonunda partnyorlarla fikir mübadiləsi“Moon Flowers” gül salonunda görüş masası“Moon Flowers” gül salonunda görüş zamanı çıxışMarsol Group partnyorları “Parket Home” şourumunun qarşısında“Parket Home” şourumunda Marsol Group partnyorları“Parket Home” şourumunda məhsullarla tanışlıq“Parket Home” şourumunda parket nümunələri ilə tanışlıq

Bütün xəbərlər

Biznesiniz üçün doğru həlli birlikdə tapaq.

Bizimlə əlaqə
+994 55 511 13 65B.e - C: 10:00 - 18:00