Meslehetci
Portal

Audit

Maliyyə hesabatlarınızı yoxlayır və bankın, investorun və ya tərəfdaşın tələb etdiyi audit rəyini hazırlayırıq - fəaliyyətimiz müvafiq lisenziyalarla təsdiqlənib. Yoxlama həm də uçotdakı boşluqları üzə çıxarır - rəylə birlikdə nəyin düzəldilməli olduğu yazılı təqdim olunur.

Audit
01

Kimə uyğundur

Kredit, investisiya, tender və ya səhmdar tələbi ilə rəsmi rəyə ehtiyacı olan şirkətlər.

02

Nə daxildir

  • İllik maliyyə hesabatlarının auditi
  • Bank və investor üçün audit rəyi
  • Vergi yoxlamasından əvvəl daxili yoxlama
  • Uçot siyasətinin və daxili nəzarətin qiymətləndirilməsi
Sual-cavab

Tez-tez verilən suallar

Audit nə qədərə başa gəlir?

Auditin minimum qiyməti Auditorlar Palatasının təsdiq etdiyi hədlərlə müəyyən olunur və şirkətin aktivlərindən, gəlirindən və işçi sayından asılıdır. Saytımızdakı Audit kalkulyatoru ilə minimum qiyməti bir dəqiqədə hesablaya bilərsiniz.

Audit kimlər üçün məcburidir?

Qanunvericiliyə görə ictimai əhəmiyyətli qurumlar və müəyyən ölçünü keçən kommersiya təşkilatları illik maliyyə hesabatlarını məcburi audit etdirməlidir. Digər şirkətlər audit rəyini bank, investor və ya tender tələbi ilə alır.

Audit rəyindən başqa nə alıram?

Yoxlama zamanı uçotdakı boşluqlar üzə çıxır. Rəylə birlikdə nəyin düzəldilməli olduğu yazılı şəkildə təqdim olunur.

Audit nə qədər vaxt aparır?

Müddət şirkətin ölçüsündən və sənədlərin hazırlığından asılıdır. Dəqiq plan və müddət auditin əvvəlində sizinlə razılaşdırılır.

Vergi yoxlamasından əvvəl daxili audit nəyə lazımdır?

Daxili yoxlama vergi orqanının görə biləcəyi nöqsanları əvvəlcədən tapır, onları yoxlama başlamazdan düzəltməyə imkan verir. Uçot siyasəti və daxili nəzarət də qiymətləndirilir.

Bu xidmət üzrə sualınız var?

Vəziyyətinizi qısaca yazın - uyğun həlli və təxmini həcmi bildirək.