Mühasibatlıq və hesabatlıq
Şirkətinizin gündəlik uçotunu aparır, aylıq və illik hesabatları vaxtında hazırlayıb təqdim edirik. Öz mühasibinizi saxlamaqdan fərqli olaraq məzuniyyət, xəstəlik və işdən çıxma sizin probleminiz olmur - adam dəyişsə də iş dayanmır.
Kimə uyğundur
Mühasib saxlamaq istəməyən və ya mövcud uçotunu qaydaya salmaq istəyən şirkətlər.
Nə daxildir
- İlkin sənədlərin uçotu və e-qaimələr
- Aylıq bəyannamələr və DSMF hesabatları
- İllik maliyyə hesabatının hazırlanması
- 1C 8.3 quraşdırılması, köçürmə və dəstək
- E-müqavilə sisteminin qurulması
- Bank, debitor və kreditor üzləşmələri
Tez-tez verilən suallar
Mühasibat xidmətinin qiyməti nədən asılıdır?
Qiymət ayda işlənən sənədlərin (qaimə, bank əməliyyatı, e-qaimə) sayından, işçi sayından, vergi rejimindən (sadələşdirilmiş və ya ƏDV ödəyicisi) və xarici əməliyyatların olub-olmamasından asılıdır. Sənədlərinizə baxdıqdan sonra sizə aylıq qiymət təklif edirik.
Öz mühasibimizi saxlamaq, yoxsa xidmət almaq daha sərfəlidir?
Ştatda mühasib maaş, DSMF ayırması, iş yeri və proqram xərci deməkdir; məzuniyyət, xəstəlik və ya işdən çıxma zamanı uçot dayanır. Xidmətdə işi komanda aparır, adam dəyişsə də hesabatlar gecikmir. Kiçik və orta şirkət üçün xidmət çox vaxt daha az xərclidir.
Hansı hesabatları təqdim edirsiniz?
Vergi rejiminizə uyğun aylıq və rüblük bəyannamələri, DSMF hesabatlarını və illik maliyyə hesabatını hazırlayıb təqdim edirik. İlkin sənədlərin və e-qaimələrin uçotu, bank, debitor və kreditor üzləşmələri də xidmətə daxildir.
Uçot pozulubsa və ya keçmiş aylar aparılmayıbsa nə edirsiniz?
Əvvəlcə mövcud vəziyyəti yoxlayır, hansı dövrlərin və hesabatların düzəldilməli olduğunu yazılı bildiririk. Sonra uçotu bərpa edir, lazım olan düzəliş bəyannamələrini hazırlayırıq.
1C proqramı ilə işləyirsiniz?
Bəli. 1C 8.3-ün quraşdırılması, köhnə bazadan köçürmə və gündəlik dəstək xidmətə daxildir. E-müqavilə sistemini də qururuq.
Bu xidmətlə bağlı pulsuz alət
Başqa nə lazım ola bilər
Bu xidmət üzrə sualınız var?
Vəziyyətinizi qısaca yazın - uyğun həlli və təxmini həcmi bildirək.
