
Marsol Expo-nun təşkilatçılığı ilə Marsol Group partnyorları arasında sahibkarlar arasında işgüzar əlaqələrin gücləndirilməsi, şirkətlərin fəaliyyətinin tanıdılması və yeni əməkdaşlıq imkanlarının yaradılması məqsədilə görüş keçirilib. Görüşdə Meslehetci nümayəndəsi də iştirak edib.
Sahibkarlar arasında əməkdaşlıq imkanları müzakirə olunub
Görüş zamanı müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri öz fəaliyyət istiqamətləri, xidmətləri və məhsulları barədə məlumat verərək potensial əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Tədbir çərçivəsində 23-26 iyun tarixlərində keçirilmiş 8-ci “Yerli Şirkətlərin Tanıtım Sərgisi” haqqında da məlumat verilib. Sərginin məqsədi yerli şirkətlərin fəaliyyətini geniş auditoriyaya tanıtmaq, onların yeni bazarlara çıxışına dəstək olmaq və şirkətlər arasında qarşılıqlı faydalı əməkdaşlığı təşviq etməkdir.
Meslehetci 25 faydalı onlayn alətini təqdim edib
Görüş çərçivəsində Meslehetci nümayəndələri şirkətin yeni istifadəyə verdiyi 25 faydalı onlayn aləti partnyor şirkətlərin nümayəndələrinə təqdim ediblər.
Təqdimat zamanı alətlərin funksiyaları, istifadə imkanları və sahibkarların gündəlik biznes proseslərində yarada biləcəyi üstünlüklər barədə məlumat verilib.
Meslehetci olaraq bu cür görüşlərdə iştirak etməyi biznes əlaqələrinin genişləndirilməsi, şirkətimizin rəqəmsal həllərinin tanıdılması və sahibkarlar üçün yeni əməkdaşlıq imkanlarının inkişafı baxımından əhəmiyyətli hesab edirik.








