Marsol Group partnyorları bu dəfə ofis ziyarəti çərçivəsində “Gavali Group”da qonaq olublar

4 avqust tarixində xanım sahibkarların da iştirakı ilə Marsol Group partnyorları bu dəfə ofis ziyarəti çərçivəsində “Gavali Group”da qonaq olublar.

Görüş zamanı iştirakçılar çay süfrəsi ətrafında tanış olaraq fəaliyyət istiqamətləri barədə fikir mübadiləsi aparıblar. Daha sonra “Gavali Group”un direktoru Rüstəm Hüseynov şirkətin fəaliyyəti, məhsul konsepsiyası və inkişaf istiqamətləri haqqında ətraflı məlumat verib. Ardınca iştirakçılar mağazada təqdim olunan məhsul çeşidləri və xüsusi dizayn edilmiş hədiyyə qutuları ilə yaxından tanış olublar.

Qeyd edək ki, “Gavali” yüksək keyfiyyətli quru meyvələr, seçilmiş çərəzlər, müxtəlif növ lokumlar, Belçika mənşəli xammaldan hazırlanan şokoladlar, təbii çay və ədviyyatlar, eləcə də fərqli zövqlərə uyğun orijinal hədiyyə qutuları təqdim edən yerli brendlərdən biridir.

Məsləhətçi şirkəti olaraq biz də bu görüşdə iştirak edərək Marsol Group partnyorları ilə yeni əməkdaşlıq imkanlarını müzakirə etmək və biznes əlaqələrimizi genişləndirdik.

#Meslehetci #ofisziyarəti #marsol #gavali

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əlaqə

Aşağıdakı formu doldurun və ya bizə zəng edin, biz sizinlə əlaqə saxlayacağıq. Biz bütün müraciətlərə 24 saat iş günü ərzində cavab verməyə çalışırıq.