
Meslehetci.az — Azərbaycanda şirkətlərə mühasibat, maliyyə, vergi, kadr və audit xidmətləri göstərən öndə gedən şirkətlərdən biridir.
Fəaliyyəti dövründə bir çox şirkətlərlə uzunmüddətli və keyfiyyətli münasibətlərə əsaslanan proyektlər həyata keçirmişdir və keçirməkdədir. Şirkətin yüksək ixtisaslı və savadlı kollektivi bu işlərin öhdəsindən layiqincə və sevərək gəlməkdədir. Sahibkarların və şirkətlərin mənafeyini öz mənafeyi kimi görən Meslehetci.az təsərrüfat subyektlərinin işlərinin düzgün qurulmasında, mühasibat və maliyyə uçotunun şəffaf formalaşmasında, vergilərin düzgün hesablanması və ödənilməsində öz töhfəsini verməkdədir. Şirkət sahibkarlarla görüşlərin keçirilməsində, ödənişsiz konsultasiyaların verilməsində və bununla biznes mühitində şəffaflığın və aydınlığın qorunub saxlanmasında və eləcə də sahibkarların daha da inkişaf etməsində səylə fəaliyyət göstərməkdədir.
Biz sizi dinləyir, anlayır və dəyər qatmaq üçün birlikdə çalışırıq
1. Məqsədimiz
2015-ci ildən etibarən Meslehetci.az komandası müxtəlif sahələrdə fəaliyyət göstərən şirkət və fərdi sahibkarlara peşəkar xidmətlər təqdim edir.
Bizim əsas məqsədimiz — müştərilərimizin maliyyə, vergi və insan resursları idarəçiliyində risklərini minimuma endirərək, iş proseslərini daha səmərəli etmək və onların dayanıqlı biznes qurmasına töhfələr verməkdir.
2. Vizyonumuz
Meslehetci.az olaraq vizyonumuz — Azərbaycanda mühasibatlıq, vergi, HR və təlim xidmətləri sahəsində etibar olunan ilk seçim olmaq və beynəlxalq standartlara uyğun xidmət keyfiyyətimizi daima yüksəltməkdir.
Biz, daim yenilənən qanunvericilik və bazar tələblərinə uyğun olaraq müştərilərimizə innovativ, operativ və səmərəli həllər təqdim edərək onların inkişaf yolunda güvənilə biləcək strateji tərəfdaşı olmağı hədəfləyirik.
3. Dəyərlərimiz
-
Etibarlılıq – Qanunvericiliyə tam uyğun, şəffaf iş prinsipləri
-
Peşəkarlıq – Yüksək ixtisaslı mütəxəssislər
-
Operativlik – Sürətli və dəqiq həllər
-
Davamlı dəstək – Müştərilərimizlə uzunmüddətli əməkdaşlıq
2015 -ci ildən etibarən biznesinizin etibarlı tərəfdaşı
Biz partnyorlarımız üçün praqmatik işləyən innovativ həllər yaradırıq.
Ən yeni xəbərlər
Dünyada və ölkəmizdə baş verən iqtisadi xəbərlər
Ehtiyaca uyğun həllər ilə gələcəyə addımlayın