Marsol Group partnyorları arasında işgüzar əlaqələrin genişləndirilməsi və yeni əməkdaşlıq imkanlarının dəyərləndirilməsi məqsədilə təşkil olunan ofis ziyarətləri davam edir.
İyulun 8-də Marsol Group partnyorları ofis ziyarəti çərçivəsində “Meslehetci.az” şirkətində qonaq olub.
Görüş zamanı iştirakçılar fəaliyyət istiqamətləri, təqdim etdikləri məhsul və xidmətlər barədə məlumat mübadiləsi aparıb, potensial əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Həmçinin şirkətinin təsisçisi Abbas Orucəliyev “Meslehetci.az”ın xidmətləri haqqında sahibkarları məlumatlandırıb.
Sonda partnyorlarla birlikdə ofis mühiti ilə tanışlıq olub.
Nəzərinizə çatdıraq ki, “Meslehetci.az” Azərbaycanda şirkətlərə mühasibat, maliyyə, vergi, kadr və audit xidmətləri göstərən öndə gedən şirkətlərdən biridir.
Sahibkarların və şirkətlərin mənafeyini öz mənafeyi kimi görən Meslehetci.az təsərrüfat subyektlərinin işlərinin düzgün qurulmasında, mühasibat və maliyyə uçotunun şəffaf formalaşmasında, vergilərin düzgün hesablanması və ödənilməsində öz töhfəsini verməkdədir.















