Mayın 5-də Marsol Group partnyorları ofis ziyarəti çərçivəsində “Bürotime” şirkətində qonaq olub.
Görüşdə hər bir şirkət öz fəaliyyət sahələri, xidmətləri və məhsulları haqqında ətraflı məlumat paylaşaraq, qarşılıqlı əməkdaşlıq üçün imkanları müzakirə ediblər.
Şirkətin təsisçisi Zaur Əhmədov şirkətin fəaliyyət istiqamətləri, xidmətləri və layihələri haqqında geniş məlumat verib.
Həmçinin görüşdə Dövlət Məşğulluq Agentliyinin baş mütəxəssisi Aqşin Babayev də iştirak edib, adıçəkilən qurumun fəaliyyəti haqqında sahibkarları məlumatlandırıb..
#marsol #ofisziyarəti















