Marsol Group-un təşkilatçılığı ilə 30-dan çox sahibkar işgüzar axşam ziyafətində bir araya gəlib.

Marsol Group-un təşkilatçılığı ilə 30-dan çox sahibkar işgüzar axşam ziyafətində bir araya gəlib.
21 aprel tarixində “Mangal Steak House”da baş tutan görüşdə Marsol Group-un sponsorları ilə yanaşı, ölkədə müxtəlif sahələrdə fəaliyyət göstərən iri şirkətlərin rəhbərləri də iştirak ediblər. Tədbirin əsas məqsədi sahibkarlar arasında əlaqələrin genişləndirilməsi, yeni əməkdaşlıq imkanlarının yaradılması və biznes mühitində qarşılıqlı təcrübə mübadiləsinin təşviqi olub.
Marsol Group və İCMA-nın İdarə Heyətinin sədri Tural Mustafayev çıxış edərək təşkilatın fəaliyyəti və həyata keçirilən layihələr barədə iştirakçılara ətraflı məlumat verib.
Tədbir çərçivəsində iştirakçılar arasında tanışlıqlar baş tutub, biznesə dair aktual mövzular müzakirə olunub və yeni əməkdaşlıq perspektivləri dəyərləndirilib. Səmimi və işgüzar atmosferdə keçən görüş iştirakçılar tərəfindən yüksək qiymətləndirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əlaqə

Aşağıdakı formu doldurun və ya bizə zəng edin, biz sizinlə əlaqə saxlayacağıq. Biz bütün müraciətlərə 24 saat iş günü ərzində cavab verməyə çalışırıq.