Yanvarın 17-də Marsol Group sponsorları, partnyorlar və beynəlxalq protokol mütəxəssisi İhsan Ataövün iştirakı ilə “İşgüzar Axşam Ziyafəti və B2B Görüş” təşkil olunub.
Tədbirdə çıxış edən İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA) İdarə Heyətinin sədri və Marsol Group-un təsisçisi Tural Mustafayev qurumun fəaliyyəti, eləcə də sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən layihələr barədə iştirakçılara ətraflı məlumat verib.
Görüşdə, həmçinin Şamaxı Rayon İcra Hakimiyyətinin müavini Etibar Muradlı iştirak edərək sahibkarlarla həmsöhbət olub, regionda biznes mühitinin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparıb.
Tədbir çərçivəsində Marsol Academy tərəfindən keçirilmiş “Protokol idarəçiliyi və korporativ təmsilçilik” təliminin ilk günü ilə bağlı iştirakçıların təəssüratları bölüşülüb, beynəlxalq protokol mütəxəssisi İhsan Ataövə mövzu ətrafında suallar ünvanlanıb və praktik məqamlar müzakirə edilib.
“İşgüzar Axşam Ziyafəti və B2B Görüş” sponsor şirkətlərlə əlaqələrin möhkəmləndirilməsi, yeni işgüzar münasibətlərin qurulması və potensial əməkdaşlıq imkanlarının müzakirəsi baxımından əhəmiyyətli olub.
#meslehetci#məsləhətçi#meslehetciaz#marsol#axşamziyafətivəb2b#b2bnetworkingazerbaijan















