“Başkent” restoranında “İşgüzar Səhər Yeməyi”

Oktyabrın 29-da “Başkent” restoranında təşkil etdiyimiz “İşgüzar Səhər Yeməyi” çərçivəsində 30-a yaxın sahibkar bir araya gəlib.

Hər bir şirkət öz fəaliyyət sahələri, xidmətləri və məhsulları haqqında ətraflı məlumat verib.Sahibkarlar biznes istiqamətləri barədə məlumat paylaşaraq, qarşılıqlı əməkdaşlıq üçün imkanları müzakirə ediblər.

Görüşdə Meslehetci.az şirkəti Birləşmiş Ərəb Əmirliklərinin Dubay Əmirliyində artıq 1 ildir fəaliyyət göstərən filialı haqqında məlumat verib və daşınmaz əmlaka investisiya üzrə yeni məsləhət xidməti platformasını təqdim edib.

“Meslehetci.az”şirkətinin rəhbəri Abbas Orucəliyev çıxış edərək platformanın məqsədləri, investorlar üçün yaradılan imkanlar və Dubay bazarına çıxış mexanizmləri barədə məlumat verib.

Həmçinin “Meslehetci.az” şirkətinin Dubay üzrə rəsmi tərəfdaşı “FGX Realty” şirkətinin rəhbəri Fərman Qərib və “Binghatti Developments” şirkətinin nümayəndəsi Mohamed Elzawawi çıxış ediblər.

Görüş zamanı Binghatti şirkəti haqqında məlumat, Dubayda əmlaka investisiya imkanları, ipoteka və kredit şərtləri təqdim olunub, iştirakçılara fərdi konsultasiyalar və 20% ilkin ödənişlə investisiya imkanı barədə məlumat verilib.

Sahibkarların qatıldığı tədbir interaktiv müzakirələrlə davam edib, iştirakçılar real layihələr üzrə suallarını ünvanlayıb və beynəlxalq əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar.

#meslehetci#məsləhətçi#meslehetciaz#az#marsol#işgüzarsəhəryeməyi#başkent#b2bnetworking#b2bazerbaijan#businessazerbaijan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əlaqə

Aşağıdakı formu doldurun və ya bizə zəng edin, biz sizinlə əlaqə saxlayacağıq. Biz bütün müraciətlərə 24 saat iş günü ərzində cavab verməyə çalışırıq.