Marsol Group partnyorları Lənkəran-Astara iqtisadi rayonunda fəaliyyət göstərən Marsol Region partnyorları ilə nahar yeməyində bir araya gəlib.

Mayın 21-də Lənkəran səfəri çərçivəsində Marsol Group partnyorları Lənkəran-Astara iqtisadi rayonunda fəaliyyət göstərən Marsol Region partnyorları ilə nahar yeməyində bir araya gəlib. Tədbirdə partnyor şirkət olaraq Meslehetci.az da iştirak edib

Görüşdə iştirakçılar öz fəaliyyətlərini təqdim edib, yeni iş fürsətlərini müzakirə etmək, innovativ yanaşmaları paylaşmaq üçün şərait yaranıb.

Görüşdə çıxış edən İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA) İdarə Heyətinin sədri və Marsol Group-un təsisçisi Tural Mustafayev Marsol Group-un fəaliyyəti, sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən layihələr haqqında, həmçinin səfərlə bağlı sahibkarları məlumatlandırıb.

KOBİA-nın Lənkəran-Astara və Şirvan-Salyan iqtisadi rayonları üzrə regional koordinatorluğun koordinatoru Rahib Cəbiyev görüşdə iştirak edərək, sahibkarlarla həmsöhbət olub, onların suallarını cavablandırıblar.
Həmçinin görüşdə iştirak edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Lənkəran Regional bölməsinin müdiri Elvin Nəhmətli İqtisadiyyat Nazirliyi tərəfindən sahibkarlara təqdim edilən lisenziyalar və dəstək mexanizmləri haqqında məlumat verib.

#meslehetci#meslehetciaz#marsol

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əlaqə

Aşağıdakı formu doldurun və ya bizə zəng edin, biz sizinlə əlaqə saxlayacağıq. Biz bütün müraciətlərə 24 saat iş günü ərzində cavab verməyə çalışırıq.