22 may tarixində Marsol Group partnyorları ilə həyata keçirilən Lənkəran səfəri çərçivəsində Meslehetci.az şirkəti Lənkəran Dövlət Peşə Təhsil Mərkəzini ziyarət edib. Görüş zamanı regionda peşə təhsilinin inkişaf perspektivləri, tələbələr üçün yaradılan imkanlar və praktiki tədris mühiti ilə yaxından tanış olunub. Səfərin əsas məqsədi regionda peşə təhsilinin inkişaf istiqamətləri, mövcud imkanlar və praktiki tədris mühiti ilə yaxından tanış olmaq olub.
Mərkəzin Tədris və təlim üzrə direktor müavini Rəşad Fərəczadə iştirakçılara təhsil müəssisəsinin fəaliyyəti, ixtisas istiqamətləri, müasir tədris infrastrukturu və tələbələrin praktiki biliklərinin formalaşdırılması üçün yaradılmış şərait barədə ətraflı məlumat verib. Görüş zamanı peşə təhsilinin əmək bazarının tələblərinə uyğunlaşdırılması və gənclərin peşəkar bacarıqlarının inkişaf etdirilməsi istiqamətində görülən işlər də diqqətə çatdırılıb.
Daha sonra qonaqlar üçün mərkəzdə infotur təşkil olunub. İştirakçılar tədris otaqları, emalatxanalar və praktiki məşğələ sahələri ilə tanış olaraq tələbələr üçün yaradılmış imkanları yerində müşahidə ediblər. Səfər çərçivəsində regionlarda peşə təhsilinin inkişafının əhəmiyyəti və bu istiqamətdə əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
#marsol#meslehetci#meslehetciaz










