Mühasibatlıq — sıfırdan praktikaya
Uçotu kitabdan deyil, real sənədlərdən öyrədirik: qaimə, bank çıxarışı, əmək haqqı cədvəli və bəyannamə. Kursun sonunda iştirakçı bir şirkətin aylıq uçotunu təkbaşına bağlaya bilir.
Proqram
- İlkin sənədlər və sənəd dövriyyəsi
- Bank, kassa və hesablaşmalar
- Əmək haqqı və DSMF
- Aylıq bəyannamələr
- İllik maliyyə hesabatının qurulması
- Real şirkət nümunəsi üzərində yekun iş
Kimə uyğundur: Peşəyə yeni başlayanlar və ixtisasını dəyişənlər.