Güclü tərəfdaşlıqlar doğru ünsiyyətdən başlayır.
Meslehetci olaraq oktyabrın 3-də Marsol Group sponsorları, partnyorları və beynəlxalq protokol mütəxəssisi İhsan Ataövün iştirakı ilə keçirilən “İşgüzar Axşam Ziyafəti və B2B Görüş” də iştirak etdik.
Tədbir çərçivəsində sahibkarlığın inkişafına yönəlmiş yeni təşəbbüslər, qarşıdakı dövr üçün nəzərdə tutulan layihələr və potensial əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıldı.
Görüş zamanı biznes nümayəndələri ilə yeni əlaqələr qurmaq, mövcud münasibətləri möhkəmləndirmək və müxtəlif sahələr üzrə əməkdaşlıq perspektivlərini müzakirə etmək imkanımız oldu.
Meslehetci olaraq sahibkarları və biznes nümayəndələrini bir araya gətirən, təcrübə mübadiləsinə və yeni tərəfdaşlıqların formalaşmasına şərait yaradan belə görüşlərdə iştirak etməyi dəyərli hesab edirik.
















