Marsol Group partnyorları ofis ziyarəti çərçivəsində “Yes Travel” şirkətində qonaq olub.

Marsol Group partnyorları arasında işgüzar əlaqələrin genişləndirilməsi və yeni əməkdaşlıq imkanlarının dəyərləndirilməsi məqsədilə təşkil olunan ofis ziyarətləri davam edir.

İyulun 8-də Marsol Group partnyorları ofis ziyarəti çərçivəsində “Yes Travel” şirkətində qonaq olub.

Görüş zamanı iştirakçılar fəaliyyət istiqamətləri, təqdim etdikləri məhsul və xidmətlər barədə məlumat mübadiləsi aparıb, potensial əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Şirkətin rəhbəri Üzeyir Bağırov şirkətin korporativ xidmətləri, fürsətləri həmçinin turlar haqqında sahibkarları ətraflı məlumatlandırıb.

Nəzərinizə çatdıraq ki, “Yes Travel” korporativ səfərlərinizi tam va peşakar formada planlayır. IATA sertifikatlı şirkət olaraq bütün beynəlxalq hava yollarından birbaşa va endirimli aviabilet qiymətləri, hava yolları ilə şirkətiniz arasında birbaşa korporativ müqavilələrin bağlanması, əlavə endirimlər va xüsusi tur kodlarının əldə edilməsi, şirkət rəhbərləri və əməkdaşlar üçün şəxsi və biznes uçuşlarında 15-30% əlavə endirim üstünlüyü, viza dəstəyi və bütün sənədləşmə prosesinin idarə olunması, otel və aviabilet rezervasiyalarının operativ təşkili kimi xidmətləri göstərir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əlaqə

Aşağıdakı formu doldurun və ya bizə zəng edin, biz sizinlə əlaqə saxlayacağıq. Biz bütün müraciətlərə 24 saat iş günü ərzində cavab verməyə çalışırıq.