25 iyun tarixində İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin növbəti iclası keçirilib.
İclas zamanı növbəti ay üzrə fəaliyyət planı müzakirə olunub və cari ay üzrə hesabat təqdim edilib.
İyun ayı çərçivəsində həyata keçirilən tədbirlər və görüşlər ətraflı şəkildə müzakirə edilərək, yeni təşəbbüslər və əməkdaşlıq imkanları dəyərləndirilib.
Daha sonra komissiyaların fəaliyyət istiqamətləri öyrənilərək qarşıdakı dövr üçün prioritet məsələlər müəyyənləşdirilib.














