23 iyun tarixində 7-ci “Yerli Şirkətlərin Tanıtım Sərgisi”nin yekununa həsr olunmuş axşam ziyafəti keçirilib.
Tədbirdə dövlət və özəl sektor nümayəndələri, sahibkarlar, tərəfdaş qurumlar və sərgi iştirakçıları bir araya gəliblər. Meslehetci şirkəti olaraq biz də bu mötəbər axşamda iştirak etdik.
Gecə ərzində sərginin təşkilinə dəstək göstərən tərəfdaş və sponsor qurumlar, eləcə də fərqlənən şirkətlər təltif olunub. Daha sonra tədbir bədii proqramla davam edib.















