Lənkəran səfəri yekunlaşıb

Mayın 23-də keçirilən Lənkəran səfərinin son günündə, Marsol Group partnyorları sırasında yer alan Meslehetci.az şirkəti digər partnyorlarla birlikdə “Saloni” mebel şirkətinin qonağı olub.

Şirkətin rəhbəri Elməddin Nuriyevin təqdimatı əsasında iştirakçılar modern üslubda hazırlanmış, estetik və minimalist dizayna sahib ev mebelləri ilə yaxından tanış olublar.

Görüş zamanı çay süfrəsi ətrafında işgüzar əlaqələrin genişləndirilməsi, yeni əməkdaşlıq imkanları və gələcək layihələrlə bağlı fikir mübadiləsi aparılıb.

Marsol Group partnyoru olaraq bu səfərdə iştirak etməkdən məmnunluq duyur, təşkil olunan səmimi görüş və qonaqpərvərliyə görə təşəkkürümüzü bildiririk. Lənkəran səfərində iştirak edən hər kəsə fəaliyyətlərində uğurlar arzulayırıq!

#meslehetci #meslehetciaz #marsol

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əlaqə

Aşağıdakı formu doldurun və ya bizə zəng edin, biz sizinlə əlaqə saxlayacağıq. Biz bütün müraciətlərə 24 saat iş günü ərzində cavab verməyə çalışırıq.