Mayın 7-də Marsol Group nümayəndələri və partnyorları 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi və Forumu (“Caspian Agro Week”) və 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisini (“InterFood Azerbaijan”) ziyarət ediblər.
“Bakı Ekspo Mərkəzi”ndə keçirilən sərgi çərçivəsində Marsol Group partnyorlarının da yer aldığı stendlərə baş çəkilib, iştirakçılarla görüşlər keçirilib.
Qeyd edək ki, “Caspian Agro Week” və “InterFood Azerbaijan” sərgilərində qida sənayesində innovativ həllər, eləcə də kənd təsərrüfatı sahəsində ən son texnologiyalar nümayiş olunur.
#meslehetci#meslehetciaz#marsol













