Təhsilin İnkişafı Fondu (TİF) ilə İş adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA) arasında əməkdaşlıq memorandumu imzalanıb.

Təhsilin İnkişafı Fondu (TİF) ilə İş adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA) arasında əməkdaşlıq memorandumu imzalanıb.

Sentyabrın 3-də Azərbaycan Texniki Universitetində (AzTU) Təhsilin İnkişafı Fondu (TİF) ilə İş adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA) arasında birgə tədbir keçirilib. Tədbirdə TİF-in İdarə Heyətinin sədri Elnur Nəsibov, İCMA-nın İdarə Heyətinin sədri Tural Mustafayev, AzTU-nun rektoru Vilayət Vəliyev, eləcə də müxtəlif sahələri təmsil edən 30-a yaxın İCMA üzvü və Marsol Group partnyorları iştirak edib.
Tədbir zamanı Təhsilin İnkişafı Fondunun fəaliyyəti və həyata keçirdiyi layihələr barədə geniş təqdimat keçirilib. Xüsusilə, Fondun “Qarabağ təqaüd proqramı”, tələbələrin bilik və bacarıqlarının inkişafına yönəlmiş “Tələbə+” və “Təhsil+” layihələri haqqında ətraflı məlumat verilib. Bu təşəbbüslərin məqsədi gənclərin təhsil imkanlarını genişləndirmək, innovativ yanaşmaları təşviq etmək və ölkənin insan kapitalının inkişafına töhfə verməkdir.

Həmçinin tədbirdə Təhsilin İnkişafı Fondu ilə İş adamları Cəmiyyətinin Milli Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandum çərçivəsində tərəflər təhsil və biznes sahəsində ortaq layihələrin icrası, tələbələrin iş dünyasına inteqrasiyasının dəstəklənməsi, həmçinin sahibkarlarla təhsil müəssisələri arasında körpü rolunun gücləndirilməsi istiqamətində əməkdaşlıq edəcəklər.

Sonda iştirakçılar üçün İT təhsil layihəsi olan “Peerstack Academy”, Kitabxana İnformasiya Mərkəzinə eləcə də Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən beynəlxalq təcrübə araşdırılmaqla yaradılmış KOB model müəssisəyə infotur təşkil olunub. Qonaqlar akademiya, kitabxana və KOB model müəssisənin fəaliyyəti, tətbiq olunan müasir metodlar və tələbələr üçün təqdim edilən imkanlar barədə məlumatlandırılıb.

#Məsləhətçiaz#Meslehetciaz#icma#aztu#tif#əməkdaşlıq#tələbəplus

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əlaqə

Aşağıdakı formu doldurun və ya bizə zəng edin, biz sizinlə əlaqə saxlayacağıq. Biz bütün müraciətlərə 24 saat iş günü ərzində cavab verməyə çalışırıq.