Meslehetci
Portal
Новость

Bir damla qan, min ümidə can

29 сентября 2026Мероприятия

Bir damla qan, min ümidə can

27 sentyabr - Anım Gününə həsr olunmuş “Bir damla qan, min ümidə can” devizi ilə keçirilən könüllü qanvermə aksiyasına Meslehetci komandası olaraq bu il də qoşulduq.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) birgə təşkilatçılığı, Marsol Group, Məlhəm Beynəlxalq Hospital, Milli Hematologiya və Transfuziologiya Mərkəzi və Respublika Qan Bankının tərəfdaşlığı ilə keçirilən aksiyada sahibkarlar və şirkət əməkdaşları olmaqla 800-dən çox şəxs iştirak edib.

Meslehetci olaraq hər il olduğu kimi bu il də sosial məsuliyyət daşıyan belə təşəbbüslərə dəstək verməyi vacib hesab edirik. Bir insanın verdiyi bir damla qan başqa bir insan üçün ümidə çevrilə bilər.

Aksiyanın təşkilində əməyi olan bütün qurumlara, sahibkarlara, şirkət əməkdaşlarına və könüllülərə təşəkkür edirik.

Bir damla qan, min ümidə can!

Bir damla qan, min ümidə can - 1Bir damla qan, min ümidə can - 2Bir damla qan, min ümidə can - 3Bir damla qan, min ümidə can - 4Bir damla qan, min ümidə can - 5Bir damla qan, min ümidə can - 6Bir damla qan, min ümidə can - 7Bir damla qan, min ümidə can - 8Bir damla qan, min ümidə can - 9Bir damla qan, min ümidə can - 10Bir damla qan, min ümidə can - 11Bir damla qan, min ümidə can - 12Bir damla qan, min ümidə can - 13Bir damla qan, min ümidə can - 14Bir damla qan, min ümidə can - 15Bir damla qan, min ümidə can - 16
Bir damla qan, min ümidə can

Все новости

Найдём правильное решение для вашего бизнеса вместе.