9 may tarixində İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının, Meslehetci.az -ın tərəfdaşlığı və Baku Derma şirkətinin təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində Beynəlxalq Dermatoloji və Kosmetoloji Konqres keçirilib.
Konqres çərçivəsində dermatologiya və kosmetologiya sahəsində ən son yeniliklər, müasir yanaşmalar və beynəlxalq təcrübələr geniş şəkildə müzakirə olunub. Tədbirdə İCMA üzvləri də fəal iştirak edərək sahənin aparıcı mütəxəssisləri ilə görüşlər keçirib, yeni əməkdaşlıq imkanlarını dəyərləndirib və peşəkar bilik mübadiləsində iştirak ediblər.
Yüksək səviyyədə təşkil olunan konqres iştirakçılar üçün həm maarifləndirici, həm də effektiv networking platforması kimi çıxış edib.
Qeyd edək ki, Meslehetci.az olaraq bizdə bu əlamətdar konqresin rəsmi tərəfdaşları sırasında yer almışıq.
#meslehetci #meslehetciaz #icma #bakuderma












