Noyabrın 29-da İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin növbəti iclası baş tutub. Görüşdə ay ərzində həyata keçirilmiş fəaliyyətlər, növbəti dövr üçün planlaşdırılan tədbirlər və təşəbbüslər müzakirə edilib.
İclas zamanı İCMA-nın komissiyalarının fəaliyyətinin gücləndirilməsi, müvafiq sahələr üzrə sahibkarlarla daha səmərəli əməkdaşlığın qurulması istiqamətində görüləcək işlər geniş şəkildə nəzərdən keçirilib. Bununla yanaşı, “Tibb Müəssisələri və Həkimlərlə İş komissiyası”nın sektorial axşam ziyafətinin təşkili ilə bağlı məsələlər, həmçinin İCMA İdarə Heyətinin qaydalar toplusu üzrə təklif və müzakirələr də iclasın gündəliyində yer alıb.
#meslehetci#məsləhətçi#meslehetciaz#icma












