Aprelin 7-də “Günaydın” restoranında ənənəvi “İşgüzar Səhər Yeməyi” çərçivəsində xanım sahibkarların da iştirakı ilə 40-a yaxın Marsol Group partnyoru növbəti dəfə bir araya gəlib.

Aprelin 7-də “Günaydın” restoranında ənənəvi “İşgüzar Səhər Yeməyi” çərçivəsində xanım sahibkarların da iştirakı ilə 40-a yaxın Marsol Group partnyoru növbəti dəfə bir araya gəlib.

İştirakçılar öz fəaliyyətlərini tanıdıb, işgüzar əlaqələrin möhkəmləndirilməsi və gələcək planlar üzrə fikir mübadiləsi aparılıb.

Həmçinin görüşdə Məsləhətçi.az şirkətin həmtəsisçisi Abbas Orucəliyev “2026 Vergi Məcəlləsinə dəyişikliklər” mövzusunda sahibkarları məlumatlandırıb.

Dövlət Məşğulluq Agentliyinin baş mütəxəssisi Aqşin Babayev, Azərbaycan Dövlət Reklam Agentliyinin media və kommunikasiya şöbəsinin rəhbəri İmmiyə Zamanova görüşdə iştirak edərək adıçəkilən qurumların fəaliyyətləri haqqında məlumat verib, görüş qarşılıqlı müzakirələrlə davam edib.

Sonda 2026-ci il üzrə Marsol Group partnyorluğuna qoşulan şirkətlərə “Üzvlük” sertifikatı və “Partnyorluğun simvolu” olan yaxa nişanı da təqdim edilib.

#meslehetci #məsləhətçi #meslehetciaz #icma #marsol

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əlaqə

Aşağıdakı formu doldurun və ya bizə zəng edin, biz sizinlə əlaqə saxlayacağıq. Biz bütün müraciətlərə 24 saat iş günü ərzində cavab verməyə çalışırıq.