Martın 11-də Marsol Group, İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA) və “Başkent Restoranlar Şəbəkəsi”nin birgə təşkilatçılığı ilə “Axşam ziyafəti və B2B” görüş baş tutub.
Tədbirdə İCMA-nın İdarə Heyətinin üzvləri və Marsol Group sponsorları iştirak edərək öz fəaliyyət istiqamətləri, təqdim etdikləri xidmət və məhsullar barədə ətraflı məlumat verib, mümkün əməkdaşlıq perspektivlərini dəyərləndiriblər. Görüş səmimi və dinamik müzakirələrlə yadda qalıb.
Həmçinin, İCMA-nın İdarə Heyətinin sədri və Marsol Group-un təsisçisi Tural Mustafayev Marsol Group-un fəaliyyətləri və gələcək layihələri ilə bağlı ətraflı məlumat verib
#meslehetci #məsləhətçi #meslehetciaz #icma











