Dekabrın 25-də Marsol Group sponsorları və partnyorlarının iştirakı ilə “İşgüzar Axşam Ziyafəti və B2B görüş” təşkil olunub.

Dekabrın 25-də Marsol Group sponsorları və partnyorlarının iştirakı ilə “İşgüzar Axşam Ziyafəti və B2B görüş” təşkil olunub.

Görüşdə çıxış edən İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA) İdarə Heyətinin sədri və Marsol Group-un təsisçisi Tural Mustafayev Marsol Group-un fəaliyyəti, sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən layihələr haqqında sahibkarları məlumatlandırıb.

Həmçinin görüş sponsor şirkətlərlə əlaqələrin inkişaf etdirilməsi və potensial əməkdaşlıq istiqamətlərinin müzakirəsi baxımından əhəmiyyətli olub.

Görüşdə Dövlət Vergi Xidmətinin Vergi Siyasəti baş idarəsinin rəisi Nicat İmanov, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov, Azərbaycan Metrologiya İnstitutunun baş direktoru Xamis Seyranov iştirak edərək təmsil etdikləri qurumların sahibkarlığın inkişafına yönəlmiş təşəbbüsləri barədə məlumat verərək iştirakçılarla fikir mübadiləsi apardılar.

#meslehetci#məsləhətçi#meslehetciaz#marsol#axşamziyafətivəb2b#b2bnetworkingazerbaijan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əlaqə

Aşağıdakı formu doldurun və ya bizə zəng edin, biz sizinlə əlaqə saxlayacağıq. Biz bütün müraciətlərə 24 saat iş günü ərzində cavab verməyə çalışırıq.