Noyabrın 28-də İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) “Hüquq, maliyyə və biznes konsultasiyası” Komissiyasının təşəbbüsü və təşkilatçılığı ilə, “SECOP” MMC-nin baş sponsorluğu və BirBank Biznesin tərəfdaşlığı çərçivəsində sektorial görüş baş tutub.

Noyabrın 28-də İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) “Hüquq, maliyyə və biznes konsultasiyası” Komissiyasının təşəbbüsü və təşkilatçılığı ilə, “SECOP” MMC-nin baş sponsorluğu və BirBank Biznesin tərəfdaşlığı çərçivəsində sektorial görüş baş tutub. Görüşün əsas məqsədi hüquq, maliyyə və biznes konsultasiyası sahəsində fəaliyyət göstərən şirkətlərin, eləcə də bank, sığorta və gömrük brokerlərinin əməkdaşlıq imkanlarını müzakirə etmək, İCMA və Komissiyanın fəaliyyət istiqamətlərini təqdim etmək və dövlət qurumları ilə əlaqələri gücləndirmək olub. Tədbirdə 60-dan çox sahibkar və biznes nümayəndəsi iştirak edib.

Görüş səmimi fikir mübadiləsi, tanışlıq və yeni əməkdaşlıq imkanlarının müzakirəsi ilə yekunlaşıb. Tədbir hüquq, maliyyə və biznes konsultasiyası sektorunda dövlət–özəl tərəfdaşlığının gücləndirilməsi üçün yeni təşəbbüslərin formalaşmasına zəmin yaradıb.

#meslehetci#məsləhətçi#meslehetciaz#icma

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əlaqə

Aşağıdakı formu doldurun və ya bizə zəng edin, biz sizinlə əlaqə saxlayacağıq. Biz bütün müraciətlərə 24 saat iş günü ərzində cavab verməyə çalışırıq.