Doha şəhərində Azərbaycan və Qətər Hökumətləri arasında Birgə Komissiyanın 4-cü iclası çərçivəsində Azərbaycan-Qətər Birgə Biznes Şurasının ilk toplantısı keçirilib.

Doha şəhərində Azərbaycan və Qətər Hökumətləri arasında Birgə Komissiyanın 4-cü iclası çərçivəsində Azərbaycan-Qətər Birgə Biznes Şurasının ilk toplantısı keçirilib. KOBİA və Qətər Ticarət və Sənaye Palatasının təşkil etdiyi tədbirdə hər iki ölkədən rəsmilər və iş adamları iştirak edib.

Azərbaycan tərəfini turizm, xidmət, sənaye, tikinti, dizayn, tekstil və digər sahələr üzrə 30-a yaxın şirkət və assosiasiya təmsil edib. Toplantıda iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi, investisiya və biznes əməkdaşlığının inkişafı müzakirə olunub.

AZPROMO, Ələt Azad İqtisadi Zonası, Qətər İnvestisiyaların Təşviqi Agentliyi və “Qatar Tourism” tərəfindən biznes və investisiya imkanları təqdim edilib, iş adamları arasında B2B görüşlər keçirilib.

Səfər çərçivəsində KOBİA nümayəndələrinin Qətər İnkişaf Bankı ilə görüşündə KOB-ların maliyyələşdirilməsi və müxtəlif sektorlarda əməkdaşlıq imkanları müzakirə edilib.

Marsol Group-un təsisçisi və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri Tural Mustafayev, həmçinin İCMA üzvləri də tədbirdə iştirak ediblər. İCMA nümayəndələrinin iştirakı iki ölkənin işgüzar dairələri arasında əməkdaşlıq imkanlarının müzakirəsinə, birgə biznes təşəbbüslərinin dəyərləndirilməsinə və Azərbaycan sahibkarlarının Qətər bazarında yeni tərəfdaşlıqlar qurmasına töhfə verib.

#meslehetci#məsləhətçi#meslehetciaz#icma#marsol#B2B

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əlaqə

Aşağıdakı formu doldurun və ya bizə zəng edin, biz sizinlə əlaqə saxlayacağıq. Biz bütün müraciətlərə 24 saat iş günü ərzində cavab verməyə çalışırıq.