Oktyabrın 30-da İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA) və “Meslehetci.az” şirkətinin birgə təşkilatçılığı ilə “Yeni İnvestisiya İmkanları” adlı tədbir baş tutub.

Oktyabrın 30-da İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA) və “Meslehetci.az” şirkətinin birgə təşkilatçılığı ilə “Yeni İnvestisiya İmkanları” adlı tədbir baş tutub.

Tədbirdə Meslehetci.az şirkəti Birləşmiş Ərəb Əmirliklərinin Dubay Əmirliyində daşınmaz əmlaka investisiya üzrə yeni məsləhət xidməti platformasını təqdim edib.
Tədbirdə İCMA-nın İdarə Heyətinin sədri Tural Mustafayev və “Meslehetci.az”şirkətinin rəhbəri Abbas Orucəliyev çıxış edərək, Meslehetci.az şirkətinin Birləşmiş Ərəb Əmirliklərinin Dubay Əmirliyində artıq 1 ildir fəaliyyət göstərən filialı haqqında, platformanın məqsədləri, investorlar üçün yaradılan imkanlar və Dubay bazarına çıxış mexanizmləri barədə məlumat veriblər.

Həmçinin “Meslehetci.az” şirkətinin Dubay üzrə rəsmi tərəfdaşı “FGX Realty” şirkətinin rəhbəri Fərman Qərib və “Binghatti Developments” şirkətinin nümayəndəsi Mohamed Elzawawi çıxış ediblər.

Görüş zamanı Binghatti şirkəti haqqında məlumat, Dubayda əmlaka investisiya imkanları, ipoteka və kredit şərtləri təqdim olunub, iştirakçılara fərdi konsultasiyalar və 20% ilkin ödənişlə investisiya imkanı barədə məlumat verilib.

İCMA üzvlərinin də qatıldığı tədbir interaktiv müzakirələrlə davam edib, iştirakçılar real layihələr üzrə suallarını ünvanlayıb və beynəlxalq əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar.

#meslehetci#məsləhətçi#meslehetciaz#Yeniİnvestisiyaİmkanları#ŞahPalace#b2bnetworking#b2bazerbaijan#businessazerbaijan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əlaqə

Aşağıdakı formu doldurun və ya bizə zəng edin, biz sizinlə əlaqə saxlayacağıq. Biz bütün müraciətlərə 24 saat iş günü ərzində cavab verməyə çalışırıq.