MÜHASİBAT XİDMƏTLƏRİ
Mühasibat uçotunun problemləri həm iri, həm də iri olmayan yerli Azərbaycan və xarici şirkətlər üçün olduqca aktualdır.
Öz biznesinə yenicə başlayan şirkətlər, ştatda yüksək ixtisaslı mühasibi saxlamaq imkanlarına malik deyillər, təcrübəsiz mühasiblərin isə xidmətləri ciddi problemlərə gətirib çıxarır.
“Meslehetci.az” şirkəti sizin məsələnənizin həlli üçün mühasibat, vergi, audit və kadrlar uçotu kimi sahələrdə kifayət qədər təcrübəyə və resurslara malikdir.
Mühasibat xidməti üzrə xidmətlərin reallaşdırmasında, “Meslehetci.az” şirkəti seçilmiş mütəxəssisi müştəri ofisinə təqdim edə bilər, ya da şəxsi ofisdən bütün lazımi əməliyyatların məsafəli icraatını həyata keçirdə bilər.
VERGİ XİDMƏTLƏRİ
Azərbaycanda son vergi qanunvericiliyi islahatları nağdsız hesablaşmaların və şəffaflığın təşviqi ilə xarakterizə olunur. Bu gün bizneslər daha yaxşı vergi planlaması və təşkilini axtarırlar ki, hazırki dəyişikliklərə uyğunlaşa bilsinlər. Xüsusilə, bir çox sahibkarlar mümkün vergi güzəştlərindən və azadolmalarından kifayət qədər məlumatlı deyillər. Biz müştərinin vergi və gömrük qanunvericiliyinə uyğun fəaliyyət göstərməsini, habelə vergi və gömrük qanunvericiliyində nəzərdə tutulmuş güzəştlərdən faydalanmasını təmin edirik.
AUDİT XİDMƏTLƏRİ
Meslehetci.az sizə peşəkar audit xidmətləri-nin göstərilməsini təklif edir. Bu sahədə ixtisaslaşmış mütəxəssislər sizin biznesinizin uğurlu inkişafına təkan verəcəkdir.
Audit—əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır.
KADR XİDMƏTLƏRİ
Professional hüquqi dəstək verən komandamızın köməkliyi ilə şirkətiniz artıq risklərdən və məhkəmə çəkişmələrindən azad ola bilər. Sahəni komandamıza etibar etməklə, daha keyfiyyətli xidmət alaraq biznesinizin inkişafı üçün önəmli olan digər sahələrə fokuslanmağa fürsət tapacaqsınız.
HÜQUQ XİDMƏTLƏRİ
Professional hüquqi dəstək verən komandamızın köməkliyi ilə şirkətiniz artıq risklərdən və məhkəmə çəkişmələrindən azad ola bilər. Sahəni komandamıza etibar etməklə, daha keyfiyyətli xidmət alaraq biznesinizin inkişafı üçün önəmli olan digər sahələrə fokuslanmağa fürsət tapacaqsınız.