Sentyabrın 4-də “Meslehetci” şirkəti Marsol Group partnyorları ilə, “LaLiga Dining & Lounge Center” restoranının yeni filialının açılış mərasimində iştirak edib. Tədbir işgüzar və səmimi atmosferdə baş tutub.
Açılış mərasimində “LaLiga Dining & Lounge Center” restoranının təsisçilərindən biri olan Anar Daşdıyev çıxış edərək restoranın konsepsiyası, təqdim olunan mətbəx nümunələri, xidmət keyfiyyəti və gələcək planları barədə ətraflı məlumat verib.
Daha sonra Marsol Group-un direktoru Bilal Qasımlı çıxış edərək yeni restoranın fəaliyyətə başlaması münasibəti ilə Anar Daşdıyevi təbrik edib, “LaLiga Dining & Lounge Center” restoranının fəaliyyətində uğurlar arzulayıb.
Daha sonra açılış mərasimi qonaqlar üçün təşkil olunan ziyafətlə davam edib.















