Biznes tərəfdaşımız Marsol Group tərəfindən Bilgəhdə yerləşən “Camphood” yay düşərgəsində təşkil olunan görüşdə iştirak etdik.
Ofis mühitindən kənarda keçirilən görüş müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlarla daha yaxından tanış olmaq, fikir və təcrübə mübadiləsi aparmaq üçün gözəl fürsət yaratdı.
Məsləhətçi olaraq sahibkarların biznes ehtiyaclarını dinləməyə, onları anlamağa və mühasibatlıq, vergi, audit və biznes konsultasiyası üzrə praktik həllərlə dəstəkləməyə önəm veririk.
Səmimi görüş və dəyərli ünsiyyət üçün Marsol Group-a və bütün iştirakçılara təşəkkür edirik.
Biznesiniz üçün peşəkar dəstəyə ehtiyacınız varsa, bizə yazın.























